Antirusiya sanksiyalarının – Əsl məqsədi

Antirusiya sanksiyalarının – Əsl məqsədi

Antirusiya sanksiyaları Rusiyada sosial-iqtisadi durumu çalxalamaq və bununla da seçkilərin nəticələrinə təsir etmək üçün tətbiq olunub.

OilGas.az Financial Times-a istinadən xəbər verir ki, bunu “Rosneft”in rəhbəri İqor Seçin bildirib. Şirkət rəhbəri sanksiyaları qanunsuz hesab etdiyini və buna görə də onlar barəsində danışmağı sevmədiyini qeyd edib.

Seçin bildirib ki, OPEC və kartelə daxil olmayan ölkələr hasilatın azaldılması barədə sazişi qəfildən tərk etsələr, “Rosneft” Rusiyanın bazardakı payını müdafiə edəcək:

“Biz də hazır olacağıq. Əgər nəsə yolunda getməsə, bazarlarımızı zəbt etməklərinə imkan verməyəcəyik. Özümüzü qoruyacağıq”.

Ümumilikdə neft bazarından danışan Seçin hazırda dünyada 3 lider olduğunu bildirib:

“Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ. 3 əsas oyunçu arasında sıx əməkdaşlıq bütün bazara fayda verir”.

OilGas.az

 

247 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ