Antirusiya sanksiyalarında güzəşt olmayacaq – Nazirlik açıqladı

Antirusiya sanksiyalarında güzəşt olmayacaq – Nazirlik açıqladı

ABŞ hökuməti Rusiya ilə çalışmaq istəyən “ExxonMobil” üçün heç bir güzəşt etməyib.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Stiven Mnuçin məlumat verib.

“Prezident Donald Trampla məsləhətləşmələr çərçivəsində Maliyyə Nazirliyi “Exxon” da daxil olmaqla, ABŞ şirkətlərinə antirusiya sanksiyaları ilə qadağan olunmuş qazma işləri üçün icazə verməyəcək”.

Qeyd edək ki, “The Wall Street Journal” “ExxonMobil”ın Qara dənizdə bir sıra layihələr üzrə “Rosneft”lə birgə çalışmaq üçün hökumətə müraciət etdiyini açıqlamışdı.

OilGas.az

193 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ