Antirusiya sanksiyaları: ABŞ itirir, Avropa qazanır (Araşdırma)

Antirusiya sanksiyaları: ABŞ itirir, Avropa qazanır (Araşdırma)

Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra ABŞ-ın neft şirkətləri Rusiya bazarını tərk etdi. Bu zaman Avropa şirkətləri Rusiya ilə əməkdaşlığı davam etdirməyin yolunu tapdılar.

OilGas.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb.

ABŞ Maliyyə Nazirliyinin keçmiş əməkdaşı Elizabet Rozenberg qəzetə açıqlamasında bildirib ki, ABŞ və Avropa İttifaqının qanunvericilikləri arasındakı fərq Avropa şirkətlərinin sanksiyalardan yayınmasına kömək edir. Belə ki, Avropa İttifaqında sanksiyaların yerinə yetirilməsi ayrı-ayrı ölkələrin üzərinə qoyulur. Bu isə məhdudlaşdırmalardan yan ötməyə imkan verir. ABŞ-da isə bununla mərkəzləşdirilmiş şəkildə bir qurum məşğul olur –Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC).

“Avropa şirkətləri hesab edirlər ki, Avropa İttifaqının sanksiyaları onlara sərbəst fəaliyyət üçün geniş imkanlar verir. Ola bilsin ki, onların bu düşüncəsi əsassız deyil” –deyə hüquqşünas Robert Volter “Financial Times”a mövcud vəziyyəti şərh edərkən bildirib.

Qəzet xatırladıb ki, Peterbuqda keçirilən beynəlxalq iqtisadi forumda Total, BP, Royal Dutch Shell kimi Avropa şirkətlərinin nümayəndələri iştirak edirdi. ABŞ-dan isə forumda ExxonMobil təmsil olunmuşdu. Forum çərçivəsində əksər Avropa şirkətləri yeni sazişlər imzaladı və Rusiyada mövcud layihələrin inkişafına dair danışıqlar apardı. ExxonMobil isə heç bir nailiyyət əldə edə bilmədi.

Qəzet yazıb ki, Vaşinqtonun  antirusiya sanksiyalarını genişləndirmək təklifi artıq Avropa İttifaqı ölkələrində, xüsusilə də Almaniyada narazılıqla qarşılanıb. Bundan əlavə, əgər bu sanksiyalar qüvvəyə minsə, ExxonMobil şirkətinin avropalı rəqiblərinə qarşı əlverişsiz mövqeyi daha da pisləşəcək.

OilGas.az

237 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ