Ankarada qaz sızması nəticəsində partlayış olub – 2 ölü, 4 yaralı

Ankarada qaz sızması nəticəsində partlayış olub – 2 ölü, 4 yaralı

Türkiyənin paytaxtı Ankarada yaşayış binalarının birində qaz sızması nəticəsində partlayış baş verib.

OilGas.az xəbər verir ki, Keçiörən rayonunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə ağır şəkildə yaralanıb.

Hadisə yerinə dərhal yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

OilGas.az

320 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ