Ankarada enerji müxbirləri üçün təlim başladı – “OilGas” da iştirakçılar arasında

Ankarada enerji müxbirləri üçün təlim başladı – “OilGas” da iştirakçılar arasında

Türkiyənin İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) və “Anadolu” agentliyinin təşkilatçılığa ilə xarici jurnalistlər üçün “Enerji müxbirliyi” kurslarına start verilib.

OilGas.az xəbər verir ki, təlim müddəti ərzində iştirakçılar Enerji və Təbii Ehtiyatlar Nazirliyi, Enerji Bazarının Tənzimlənməsi İdarəsi (EPDK) və “Türkiye Petrolleri” dövlət şirkətinin ekspertləri ilə təmasda olacaqlar. Bundan başqa, “Anadolu” agentliyinin energetika üzrə redaktorları, Ankara Universitetinin, Yaxın Şərq Texniki Universiteti, Enerji Hüququ Araşdırma İnstitutu və Enerji Bazarları və Siyasət İnstitutunun professor-müəllim heyətini kurs iştirakçıları ilə bilikləri ilə bölüşəcəklər.

Maraq üçün onu da bildirək ki, təlimə Azərbaycanla yanaşı, Qırğızıstan, Ukrayna, Özbəkistan və Monqolustandan 20 iştirakçı cəlb edilib.

Qeyd edək ki, sözügedən tədbirdə OilGas.az-ın redaktoru Aydan Axundova da iştirak edir. Kursu fərqlənmə ilə bitirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

OilGas.az

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ