Almaniyada neft emalı zavodunda güclü yanğın – Yaralılar var

Almaniyada neft emalı zavodunda güclü yanğın – Yaralılar var

Almaniyada “Bayernoil” neft emalı zavodunun ərazisində baş verən partlayış və güclü yanğın nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

OilGas.az xarici KİV-lərə istinadla xəbər verir ki, ətrafa yayılan qatı tüstü səbəbindən Vohburg an der Donau şəhərindən 1800 nəfər təxliyə olunub. Hazırda tüstülənmə davam edir. Regionda yaşayan əhaliyə qapı və pəncərələri kip bağlamaq tövsiyə edilib. Yanğının baş verdiyi əraziyə aparan yollar bağlanılıb, hadisə yerində 300 xilasedici fəaliyyət göstərir.

Polisin məlumatına əsasən, sentyabrın 1-də səhər saatlarında şəhərin şərqində yerləşən neft emalı zavodunun ərazisində məlum olmayan səbəblərdən partlayış, ardından isə maye qaz və benzinin saxlandığı anbarda yanğın baş verib. Yanğının söndürülməsi üzrə əməliyyat davam edir.

683 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ