Aleksandr Novak: “Neft hasilatının azaldılması sazişi uzunmüddətli deyil”

Aleksandr Novak: “Neft hasilatının azaldılması sazişi uzunmüddətli deyil”

Neft hasilatının azaldılmasını nəzərədə tutan saziş uzunmüddətli deyil.

Oilgas.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

A.Novak neft hasilatının azaldılmasını nəzərdə tutan mövcud sazişin müddətinin bu ilin sonunadək uzadılmasından danışmaq üçün hələ tez olduğunu deyib.

Nazir neft hasilatını nəzərdə tutan sazişin müddətinin uzadılmasının hökumət ilə Rusiyadakı neft istehsalçıları arasında müzakirə edildiyini, aprelin sonunda və ya mayın əvvəlində bununla bağlı qərarın veriləcəyini bildirib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Saziş çərçivəsində Rusiya isə neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb. Rusiya hələ ki, gündəlik neft hasilatını 202 min barrel azaldaraq 11 milyon 46 min barrelə endirib.

Oilgas.az

402 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ