Albayrak: “TANAP və TAP yüz ilin layihəsi kimi dəyərləndiriləcək”

Albayrak: “TANAP və TAP yüz ilin layihəsi kimi dəyərləndiriləcək”

“TANAP və TAP Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayacaq”

OilGas.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib. Nazir qeyd edib ki, Avropa illərlə belə bir layihəni həyata keçirə bilməyib:
“Həm alternativ qaz mənbəyi olması, həm də bölgə ticarətinə gətirəcəyi rəqabət ilə TANAP və TAP Avropa üçün son dərəcə önəmlidir. Əslində bir özəlliyi ilə də Türkiyənin Avropanın enerji təhlükəsizliyinin təminatı üçün önəmini ortaya qoydu. Avropa illərlə NABUCCO layihəsini müzakirə etdi, ancaq həyata keçirə bilmədi”.

“Dünyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün mənbə və tranzit ölkələrindəki sabitliyin, əməkdaşlıqların nə qədər önəmli olduğu ortaya qoyması baxımından TANAP və TAP yüz ilin layihəsi olaraq dəyərləndiriləcək”,- deyə Albayrak vurğulayıb.

169 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ