Albaniyada TAP borularının 70 faizi xəndəyə endirilib

Albaniyada TAP borularının 70 faizi xəndəyə endirilib

Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya hissəsində boruların 70 faizi xəndəyə endirilib.

OilGas.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Biləliklə, TAP-ın 215 kilometrlik Albaniya hissəsində 150 kilometr boru xəndəyə endirilib.

Cənub-Şərqi Avropa ərazisində havanın soyuq keçməsinə baxmayaraq boru kəmərinin inşası üzrə işlər qrafikə uyğun davam edir.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC – 20%, BP – 20%, “Snam” – 20%, “Fluxys” – 19%, “Enagás” – 16%, “Axpo” – 5%.

41 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ