“Akkuyu” AES-in təməli atılır – Ərdoğan və Putin telekonfransla qatılacaq

“Akkuyu” AES-in təməli atılır – Ərdoğan və Putin telekonfransla qatılacaq

Bu gün “Akkuyu” atom elektrik stansiyasının (AES) təməli qoyulacaq.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, Mersində inşa edilən “Akkuyu” AES-in təməlqoyma mərasimi Prezident Aparatında baş tutacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Mərsində təməlqoymada telekonfransla iştirak edəcək.

Qeyd edək ki, 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılan AES ilə bağlı ilk addım 2010-cu il mayın 12-də atılıb. Bu tarixdə Rusiya ilə Türkiyə arasında saziş imzalanıb.

Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) AES-ə 49 il müddətinə elektrik istehsalı lisenziyası təqdim edib. 20 milyard dollar dəyəri olan stansiyanın bütün xərcləri Rusiyaya bağlı dövlət qurumları tərəfindən qarşılanacaq. AES-in 60 il müddətinə istismarda qalması planlaşdırılır.

299 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ