“Ai-92” markalı benzin idxalı rüsumdan azad edildi

“Ai-92” markalı benzin idxalı rüsumdan azad edildi

Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilib. Bundan başqa benzinlər üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

OilGas.az xəbər verir ki, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişikliklər edib.

İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” A 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edib.

Dəyişiklik ilə, Azərbaycana gətirilən mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə benzinlər (o cümlədən 92 oktan ədədi ilə benzinə) üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.

OilGas.az

238 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ