Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Aİ 92 markalı benzin də bahalaşdı? – FOTOFAKT
SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 benzininin litri artıq 1 manatdan satılır.
OilGas.az Cebhe.info-ya istinadən xəbər verir ki, Aİ92 benzini ilə bağlı qiymət dəyişikliyi rəsmən elan olunmasa da, adıçəkilən məntəqədə artıq bu növ yanacaq 10 qəpik baha satılır. SOCAR-ın qiymət tablosunda da bu fakt əksini tapıb. Digər benzindoldurma məntəqələrində qiymət artımının olub-olmamasını yoxlamaq üçün Cebhe.info-nun müxbiri müşahidə aparıb.
“İstPetrol” yanacaq doldurma məntəqəsində qiymət tablosu söndürülsə də hələlik Aİ 92 benzininin köhnə qiymətlə satıldığı deyilib. Yanacaqdoldurma məntəqəsindən bildirilib ki, Aİ92-nin bahalaşacağı ilə bağlı onlarda hər hansı informasiya yoxdur.
Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.
MÜZAKİRƏ