AÇG-dən SOCAR-a nə qədər səmt qazı verilib?

AÇG-dən SOCAR-a nə qədər səmt qazı verilib?

2018-ci ilin 1-ci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,8 milyon kubmetr səmt qazı verilib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə,ümumilkdə verilən səmt qazının həcmi 525 milyon kubmetr təşkil edib.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

941 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ