“AÇG-dən indiyədək 291 mln. ton mənfəət nefti satılıb” – Xoşbəxt Yusifzadə

“AÇG-dən indiyədək 291 mln. ton mənfəət nefti satılıb” – Xoşbəxt Yusifzadə

“İşlənmənin əvvəlindən Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 498 mln. ton neft və 164 mlrd. kubmetr qaz hasil edilib”.

Oilgas.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Xalq qəzeti”nə müsahibəsində məlumat verib.

“Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından “mənfəət nefti” xarici bazarlara çıxarılır. 2019-cu il dekabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 291 mln. ton “mənfəət nefti” satılıb ki, bu da çıxarılan neftin 58,5 faizindən çoxdur”,- X. Yusifzadə qeyd edib.

O, həmçinin bildirib ki, dekabrın 1-dək dünya bazarlarına, 555 mln. ton Azərbaycan neft çıxarılıb ki, bunun da 396 mln. tonu BTC ilə nəql edilib.

176 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ