Abu-Dabi neft limanları Qətərə baykot elan etdi

Abu-Dabi neft limanları Qətərə baykot elan etdi

Abu-Dabinin neft limanları Qətər bayrağı altında üzən, eləcə də Qətərə gedən və Qətərdən gələn bütün gəmilərlə əlaqəni kəsiblər.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə Petroleum Ports Authority (PPA) tərəfindən gəmiçilik agentlərinə göndərilən xəbərdarlıqda məlumat verilib.

Qeyd edək ki, Petroleum Ports Authority Abu-Dabinin milli neft şirkəti Abu Dhabi National Oil Company (ADNOC) tərəfindən beynəlxalq bazara məhsullarını tədarük etmək üçün istifadə olunan neft limanlarında əməliyyatlara nəzarət və tənzimləməni həyata keçirən qurumdur.

Qadağanı tətbiq edən limanların tərkibinə Abu-Dabinin əsas terminallarından olan Jebel Dhana və Ruwais, həmçinin dəniz neft obyektləri daxildir.

Xatırladaq ki, bazar ertəsi Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Qətərlə diplomatik münasibətləri kəsiblər. Ölkələr rəsmi Dohanı terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə stabilliyi pozmaqda ittiham ediblər.

OilGas.az

267 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ