Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“Abşeron” yatağında ilk hasilata nə vaxt başlanılacaq?
Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında kommersiya qazının hasilatına 2021-ci ilin əvvəlində başlanılması planlaşdırılır.
Oilgas.az xəbər verir ki, bunu “Total E&P Azerbaijan” şirkətinin icraçı direktoru Denis Lemarşal bildirib.
Onun sözlərinə görə, kəşfiyyat-hasilat quyusunda qazma işləri və təmizləmə yekunlaşıb, hazırda sınaq işləri aparılır.
O, quyuda qazma işləri aparan “Heydər Əliyev” yarımdalma qazma qurğusunun yaxın həftələrdə təhvil veriləcəyini qeyd edib: “Birinci faza çərçivəsində hasil edilən qazın daxili bazara yönəldilməsi nəzərdə tutulur. Qazma işləri gözləntilərimizdən də yaxşı oldu. Yatağın növbəti işlənmə mərhələsi ilə bağlı tərəfdaşımız SOCAR-la danışıqlar aparırıq”.
Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd kubmetr qaz və 45 mln ton kondensat təşkil edir./Report/
MÜZAKİRƏ