ABŞ yeni enerji proqramına start verdi – “Qızıl era” başlayır

ABŞ yeni enerji proqramına start verdi – “Qızıl era” başlayır

“ABŞ enerji daşıyıcılarını bütün dünyaya ixrac edəcək”

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. Bnun üçün yeni enerji proqramının tətbiq ediləcəyini qeyd edən Tramp ABŞ-da  “qızıl era”nın başlandığını vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, ilk olaraq Asiya bazarlarına nəql edilən ABŞ sıxılmış təbii qazının həcminin artırılması, eləcə də Ukraynaya kömür satışı nəzərdə tutulur.

Bundan əlavə, ABŞ liderinin adminstrasiyası atom energetikasının inkişafı proqramının yenilənməsi ideyasını nəzərdən keçirir. Atom enerjisi təbii qaz və bərpa olunan enerji mənbələrinə rəqib olmalıdır.

Proqramda həmçinin ABŞ şelflərində yeni neft və qaz yataqlarının işlənilməsi yer alıb.

OilGas.az

273 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ