ABŞ Yaponiyaya İran neftinə dair güzəştə getdi: Qadağa ləğv edildi

ABŞ Yaponiyaya İran neftinə dair güzəştə getdi: Qadağa ləğv edildi

ABŞ Yaponiyanı İrana qarşı tətbiq etdiyi sanksiyalardan kənarlaşdıraraq, onun bu ölkədən xam neft ixrac etməsinə maneə yaratmayacaq.

OilGas.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ birtərəfli qaydada İran və dünyanın altı ölkəsi arasında imzalanan razılaşmadan çıxıb. Eyni zamanda, digər ölkələri İran neftinin ixracından imtina etməyə çağırıb.

Buna baxmayaraq, oktyabrın 3-də ABŞ-ın dövlət katibi Mayk Pompeo İrandan neft ixracına icazə verilən səkkiz ölkənin siyahısının dərc olunacağını elan edib.

Yaponiyaya neft ixracında İran nefti cəmi 5 faiz paya malikdir. ABŞ-ın sanksiyaları ərəfəsində topdan neft alqısı ilə məşğul olan yapon şirkətləri İran ilə ticarəti dayandırıb.

Xatırladaq ki, noyabrın 5-dən ABŞ İrana qarşı sanksiyaların yenidən tətbiqinə başlayacaq.

2833 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ