ABŞ Venesuelaya neft embarqosu tətbiq edə bilər

ABŞ Venesuelaya neft embarqosu tətbiq edə bilər

ABŞ Venesuela üçün neft embarqosu tətbiq etməyə hazırlaşır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Argentinanın xarici işlər naziri Xorxe Fori ilə görüşündən sonra deyib.

“Əlbəttə, Venesuelaya neft sanksiyaları tətbiq etməyi, neft və ya neft məhsullarının satışı və tədarükünə qadağa qoymağı nəzərdən keçirməyə davam edirik”, – deyə Tillerson qeyd edib.

Eyni zamanda, Venesuela da hələ ötən ilin dekabrında ABŞ-a neft satışını gündəlik 593 min barelə qədər azaldıb. Bu isə 1991-ci ildən etibarən ən aşağı göstəricidir.

Xatırladaq ki, ötən ilin yayında ABŞ Venesuelaya qarşı yeni sanksiya tətbiq edib. Məhdudlaşdırma Venesuela və dövlət neft şirkətinin buraxdığı qiymətli kağızlar və yeni borc öhdəlikləri üzrə sazişlərə, eləcə də bir sıra mövcud borc öhdəlikləri üzrə müqavilələrə aid edilib.

139 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ