ABŞ və Polşa danışıqlar aparır – Qaz tədarükü ilə bağlı

ABŞ və Polşa danışıqlar aparır – Qaz tədarükü ilə bağlı

ABŞ maye qazının Polşaya tədarükü barədə müqavilə imzalanması gözlənilir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda məlumat verib.

“İlk tədarük artıq reallaşdırılıb. Bu, sınaq xarakteri daşıyırdı. Hazırda uzunmüddətli müqavilənin imzalanması üzərində iş aparılır”, -deyə Polşa prezidenti bildirib.

Xatırladaq ki, iyunun 7-də ABŞ Polşaya mayeləşmiş təbii qazın ilk partiyasını çatdırıb.

Qaz tədarükü mövzusunun iyulun 6-da ABŞ prezidenti Donald Trampla Polşa prezidenti Anjey Dudanın Varşavada görüşü zamanı müzakirə edilməsi gözlənilir.

OilGas.az

 

283 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ