ABŞ Səudiyyə Ərəbistanını İranla əvəzləyir

ABŞ Səudiyyə Ərəbistanını İranla əvəzləyir

Bu ilin may ayında ABŞ İrandan neft idxalını artıraraq gündəlik 1,1 milyon barelə çatdırıb.

OilGas.az xarici mediya istinadən xəbər verir ki, bu göstərici ABŞ Energetika Nazirliyinin məlumatında əks olunub. İrandan idxalın artması Səudiyyə Ərəbistanının ABŞ-a neft ixracını məhdudlaşdırması ilə əlaqədar olub.

Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ABŞ-da neft ehtiyatlarının artdığını və bunun neft qiymətlərinin yüksəlməsinə mane olduğunu qeyd edib. Bundan əlavə, iyun ayının ilk həftəsində bu göstərici 5 illik maksimuma çatıb. Odur ki, ölkə ABŞ-a neft ixracına məhdudiyyət tətbiq edib.

Qeyd edək ki, OPEC+ sazişi iştirakçı ölkələrin neft ixracına heç bir məhdudiyyət qoymur. Ona görə də, son aylarda Səudiyyə Ərəbistanı ABŞ-a gündəlik orta hesabla 1,21 milyon barel neft tədarük edib. Bu isə 2014-cü ildən etibarən rekord göstərici hesab olunur.

May ayında “Saudi Aramco” Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya, Yaponiya və Hindistana “qara qızıl” ixracını azaldacağını elan edib.

OilGas.az

 

265 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ