ABŞ Polşaya ilk qaz tankerini göndərdi

ABŞ Polşaya ilk qaz tankerini göndərdi

ABŞ Mərkəzi Avropa üçün nəzərdə tutulmuş mayeləşmiş təbii qazın ilk partiyasını Polşaya çatdırıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət departamenti qaz tədarükü ilə bağlı rəsmi məlumat dərc edib. Burada maye təbii qaz ixracının milli əmək bazarının inkişafına, eləcə də enerji daşıyıcılarının qiymətinin ucuzlaşmasına xidmət edəcəyi vurğulanıb.

Bundan əlavə, ABŞ hökuməti adından Polşaya təbrik ünvanlanıb. Təbrikdə ölkənin “mavi yanacaq” idxalının diversifikasiyasında, eləcə də Avropa enerji təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində böyük addım atdığı qeyd olunub.

Avropa qaz bazarında pay sahibi olan Rusiyanın Energetika Nazirliyinin rəhbərliyi isə ABŞ ixracatçılarının bu bazara çıxışını şərh edərkən maye təbii qazın daha baha başa gəldiyini, buna görə də boru kəmər vasitəsilə qaz nəqlinə rəqabət yaratmadığını bildirib.

OilGas.az

 

310 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ