ABŞ neft hasilatında 50 illik rekordu qıracaq

ABŞ neft hasilatında 50 illik rekordu qıracaq

2018-ci ildə ABŞ-da neft hasilatı 2017-ci illə müqayisədə 6,5% arta bilər.

OilGas.az xəbər verir ki, belə bir proqnozla ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) çıxış edib. Proqnoza əsasən, 2018-ci ildə ABŞ-da neft hasilatı gündəlik 9,9 mln barelə çata bilər ki, bu da 1970-ci ildə qeydə alınan ən yüksək hasilat həcmindən daha çoxdur.

Qurumun məlumatına əsasən, hasilatın həcmində yüksəliş Texas ştatında şist neft hasilatı, eləcə də Meksika körfəzində şelf layihələrilə bağlı olacaq. ABŞ-da şist hasilatının başlıca mərkəzi olan Perm hövzəsi layihələri gələn il bütün ABŞ hasilatının təxminən üçdə birini – gündəlik 2,9 mln barel təmin edəcək. Bu qurumun iyun ayına olan qiymətləndirməsindən 0,5 mln barel daha çoxdur.

2018-ci ildə Meksika körfəzində hasilatın 1,9 mln barel səviyyəsində olacağı düşünülür. 2017-ci ildə bu göstərici 1,7 mln barelə bərabər olub.

OilGas.az

72 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ