ABŞ neft ehtiyatlarında gözlənilməz artım – Bloomberg ekspertləri yanıldılar?

ABŞ neft ehtiyatlarında gözlənilməz artım – Bloomberg ekspertləri yanıldılar?

ABŞ-da neft ehtiyatları mayın 12-ə olan həftəlik göstəricilərdə 882 min barel artıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) ötən gün dərc olunmuş hesabatında yer alıb. API-nin hesabatına əsasən, benzin ehtiyatlarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunub. Buradakı azalma 1,79 milyon barel həcmində qiymətləndirilib. Hesabatda distillat ehtiyatlarında 1,79 milyon barel artım, Kuşinq yatağındakı ehtiyatlarda isə 539 min barel azalma olduğu göstərilib.

Qeyd edək ki, Bloomberg agentliyinin ekspertlər arasında keçirdiyi sorğunun nəticələrində neft ehtiyatlarında 2,67 milyon barel azalma proqnozlaşdırılırdı.

OilGas.az

435 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ