ABŞ maye təbii qaz ixracını bərpa etdi

ABŞ maye təbii qaz ixracını bərpa etdi

ABŞ iki həftə sonra maye təbii qaz (LNG) ixracını bərpa edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Harvi qasırğasından sonra ABŞ-dakı LNG terminallardan sadəcə birindən – “Cheniere” şirkətinə məxsus Sabina Pass zavodundan birdəfəlik 5 qaz daşıyıcısı dənizə çıxıb.

Qeyd edək ki, terminal qasırğa nəticəsində zədələnməsə də, güclü külək LNG tankerlərinin Sabina Pass zavodunun bəndlərinə yaxınlaşmasına imkan vermirdi. Buna baxmayaraq, zavod maye təbii qaz istehsal etməyə davam edirdi. 2 fəftə ərzində istehsal olunan “mavi yanacaq” ehtiyatları anbarlara yığılırdı.

Xatırladaq ki, terminal bir müddət əvvəl maye təbii qaz ixracı üzrə rekord müəyyənləşdirib. Belə ki, iyul ayında bu zavodda “mavi yanacaq” tədarükü gündəlik 62 milyon kubmetrə bərabər olub.

OilGas.az

310 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ