ABŞ Krallığı statusundan məhrum etməyə hazırlaşır

ABŞ Krallığı statusundan məhrum etməyə hazırlaşır

Yanvar ayında ABŞ-da neft hasilatı yeni rekorda çatmış ola bilər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Energetika İnformasiyaları Agentliyinin (EİA) analitikləri bu fikirdədirlər. Qurum yaxın 2 il üçün şist neft hasilatı üzrə proqnozlarını da yüksəldib.

Ötən ilin noyabrında ABŞ-da hasilat 1970-ci ildən etibarən ilk dəfə gündəlik 10 mln barelə yüksəlib. Dekabr ayında hasilat həcmində azalma müşahidə olunsa da, EIA hasilatın bərpa olunmasını proqnozlaşdırır. Ekspertlər hesab edirlər ki, ötən ay hasilat gündəlik 10,1 mln barelə qədər yüksəlib. Bu isə tarixi aylıq rekord deməkdir.

Agentlik 2018-2019-cu illərdə hasilat üzrə proqnozlarını da yüksəldib. Hazırda orta göstəricilərin müvafiq olaraq 10,6 mln və 11,2 mln barel olacağı gözlənilir.

ABŞ-da şist yataqlarında hasilat həcminin qəfil artması dünyanın ən nəhəng neft istehsalçıları olan Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoymasına şərait yaradıb. ABŞ-ın şist sahəsində aktivliyin bu cür yüksəlməsi onillərlə dünyanın ən nəhəng xam neft idxalçısı olan ölkə üçün önəmli dəyişiklikləri simvolizə edir.

235 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ