ABŞ-ın Suriyada gizli neft bazası üzə çıxdı

ABŞ-ın Suriyada gizli neft bazası üzə çıxdı

ABŞ Suriyadakı ən böyük neft yataqlarından birinin yaxınlığında baza inşa etməyə başlayıb.

OilGas.az xəbər verir ki, belə bir iddia ilə Suriyada yerləşən “Euphrates Post” xəbər saytı çıxış edib. Məlumata görə, ABŞ Suriyada hərbi bazalarının sayını artırır. ABŞ-a məxsus 2 hərbi helikopterinin ölkənin önəmli neft yataqları arasında yer alan Deyrizor bölgəsində görüntüləri də yayılıb.

Məlumatda ABŞ-ın şəhərin şərq hissəsindəki Mejadinin əl-ömər bölgəsi yaxınlığında yerləşən ən böyük neft yatağının yanında baza inşa etməyə başladığı qeyd olunub. Digər tərəfdən, Rusiya Federal Xəbər Agentliyinə açıqlama verən təqaüddə olan polkovnik Aleksandr Zhilin Pentaqonun Suriyadakı böyük neft və qaz mənbələri ətrafında baza inşa etməyi adət halına gətirdiyini bildirib. ABŞ-ın bölgədəki bazalarının sayını 25-ə yüksəltdiyini qeyd edən Zhilin “Yeni bazalar inşa etməyə də davam edirlər. Neftlə zəngin olan və enerji mənbələrinə yaxın olan bölgələrdə nəzarəti ələ keçirməyə çalışırlar. Eyni zamanda, heç kəsə hesabat vermək məcburiyyətində olmadıqlarına inanırlar” deyə vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Suriyada PKK/PYD teror qruplaşmasına dəstək vermək məqsədilə 20 baza inşa etməsinə dair məlumat daha öncə də mediada yayılmışdı.

98 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ