ABŞ-ın neft ehtiyatları kəskin azalıb

ABŞ-ın neft ehtiyatları kəskin azalıb

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (21-27 sentyabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

Oilgas.az-ın API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 5,92 barel azalaraq 417,94 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,6 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızılın” qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

31 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ