ABŞ-ın Mozambik planı açıqlandı

ABŞ-ın Mozambik planı açıqlandı

ABŞ-ın neft şirkəti “ExxonMobil” Mozambikdə maye təbii qaz (LNG) ixracı üzrə layihə hazırlamağı planlaşdırır.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin marketinq şöbəsinin vitse-prezidenti Frenk Kreçmera məlumat verib. Onun sözlərinə görə, şirkət Papua-Yeni Qvineya və Qətərdə də LNG layihələr üzrə fəaliyyətini genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, mənzil qərargahı Texasda yerləşən “ExxonMobil” dünyanın ən böyük özəl neft şirkidir. Maliyyələşməsinə görə də dünyanın ən böyük şirkətlərindən hesab olunur.

62 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ