ABŞ-ın gündəlik neft hasilatı 12,4 milyon barreldir

ABŞ-ın gündəlik neft hasilatı 12,4 milyon barreldir

Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı 12,4 milyon barrel səviyyəsindədir.

Oilgas.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə artaraq gündəlik 12,4 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın sutkalıq neft istehsalı yanvarda 11,9 milyon barrel, fevralda 12 milyon barrel, martda 12,2 milyon barrel, apreldə 12,3 milyon barrel, mayda 12,4 milyon barrel, iyunda 12,2 milyon barrel, iyulda 12 milyon barrel, avqustda isə 12,3 milyon barrel olub.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 108 min barrel azalaraq gündəlik 6,72 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 234 min barrel artaraq sutkada 3,29 milyon barrelə çatıb.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,32 milyon barrel, gələn il isə 13,26 milyon barrel təşkil edəcək.

44 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ