ABŞ-da neft quyularının sayı azaldı

ABŞ-da neft quyularının sayı azaldı

ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı azalıb.

OilGas.az “Baker Hughes” (Baker Hughes Services İnternational INC.) şirkətinə istinadən xəbər verir ki, ötən həftə ərzində ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı 4 ədəd azalaraq 796-ya bərabər olub.

Hesabat həftəsində ABŞ-da aktiv neft-qaz quyularının ümumi sayında 3 ədəd artım müşahidə olunub. Bununla da, quyuların ümumi sayı 984-ə çatıb.

Qaz quyularının sayı isə 7 ədəd artaraq 188 ədəd təşkil edib.

115 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ