ABŞ-da neft-qaz quyularının sayı yenə azaldı

ABŞ-da neft-qaz quyularının sayı yenə azaldı

ABŞ-da aktiv neft-qaz quyularının sayı 15 ədəd azalaraq 913-ə bərabər olub.

OilGas.az “Baker Hughes” (Baker Hughes Services İnternational INC.) şirkətinə istinadən xəbər verir ki, oktyabrın 20-ə olan həftəlik göstəricilərə əsasən, Texasda quyuların ümumi sayı 8 ədəd azalaraq 436-ya, Vayominqdə 2 ədəd azalaraq 21-ə, Yutada 1 ədəd azalaraq 11-ə, Alyaskada 2 ədəd azalaraq 4-ə, Nyu-Meksikada isə 1 ədəd azalaraq 68-ə enib.

Şirkətin hesabatına əsasən, ümumilikdə ABŞ ərazisində neft quyularının sayı 7 ədəd azalaraq 736-ya, qaz quyularının sayı isə 8 ədəd azalaraq 177-ə bərabər olub.

OilGas.az

360 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ