ABŞ-da neft emalı zavodu yanır

ABŞ-da neft emalı zavodu yanır

ABŞ-ın Kaliforniya ştatının Karson şəhərində yerləşən “Marathon Petroleum” yanacaq şirkətinin neft emalı zavodunda güclü yanğın olub.

Bu barədə ştatın yanğınsöndürmə xidməti rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, yanğın zavodda baş verən partlayışdan sonra meydana gəlib. Hazırda yanğınsöndürənlər yanğını nəzarətə götürməyə müvəffəq olsa da, onu tam söndürmək olmayıb. İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb.

Şirkətin saytında qeyd olunub ki, “Marathon Petroleum” gündə 3 milyon bareldən çox istehsal gücü ilə ölkənin ən böyük neft emalı sisteminə malikdir.

407 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ