ABŞ-da neft ehtiyatlarının həcmində kəskin artım

ABŞ-da neft ehtiyatlarının həcmində kəskin artım

ABŞ-da neft ehtiyatlarının həcmində kəskin artım olub.

OilGas.az xəbər verir ki, bu məlumatı Amerika Neft İnstitutunun (API) analitikləri təqdim edib. Fevralın 9-a olan həftəlik göstəricilərə əsasən, ABŞ-da neft ehtiyatları 3,95 mln. barel çoxalıb. Sözügedən dövr ərzində benzin ehtiyatları 4,6 mln. barel, distillat ehtiyatları isə 1,1 mn barel artıb.

Ölkənin ən nəhəng terminalı olan Kuşinq yatağında isə azalma müşahidə olunub. Belə ki, sözügedən yataqda həftə ərzində neft ehtiyatları 2,3 mln. barel azalıb.

Qeyd edək ki, ekspertlər ABŞ-da ehtiyatların yalnız 2,8 mln. barel artacağını proqnozlaşdırmışdılar.

80 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ