ABŞ-da neft ehtiyatları azalıb

ABŞ-da neft ehtiyatları azalıb

ABŞ-da neft ehtiyatlarında azalma müşahidə olunub.

OilGas.az xəbər verir ki, Bloomberg agentliyinin ekspertlər arasında keçirdiyi ənənəvi sorğu bunu deməyə əsas verir. Proqnozlara əsasən, xam neft ehtiyatları 2,25 milyon barel azalaraq 511,0 milyon barelə bərabər olub.

Ekspertlər hesab edirlər ki, ABŞ-da benzin ehtiyatları da azalıb. Belə ki, ehtiyatlar 1,15 milyon barel azalaraq 239,2 milyon barel təşkil edib.

Proqnozlara əsasən, distillat ehtiyatları 500 min barel artıb. Bununla da, ehtiyatlar 151,6 milyon barələ bərabər olub.

OilGas.az

249 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ