ABŞ-da neft ehtiyatları azalıb

ABŞ-da neft ehtiyatları azalıb

ABŞ-da neft ehtiyatlarında azalma müşahidə olunub.

OilGas.az xəbər verir ki, Bloomberg agentliyinin ekspertlər arasında keçirdiyi ənənəvi sorğuya əsasən, iyunun 16-a olan həftəlik göstəricilərdə xam neft ehtiyatları 1,25 milyon barel azalıb. Bununla da neft ehtiyatları 510,3 milyon barel təşkil edib.

Ekspertlərin fikrincə, ABŞ-da benzin və distillat ehtiyatlarında artım olub. Belə ki, benzin ehtiyatları 0,101 milyon barel artaraq 242,5 milyon barel təşkil edib.

Distillat ehtiyatları isə 500 min barel artaraq 151,9 milyon barələ bərabər olub.

OilGas.az

 

175 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ