ABŞ-da benzin ehtiyatları 5,45 milyon barel azalıb

ABŞ-da benzin ehtiyatları 5,45 milyon barel azalıb

ABŞ-da neft ehtiyatları 1,63 milyon barel çoxalıb.

OilGas.az xəbər verir ki, bu göstərici Amerika Neft İnstitutunun (API) həftəlik hesabatında yer alıb. Hesabata əsasən, Kuşinq yatağındakı neft ehtiyatlarında 608 min barel artım olub. Göstəricilərə əsasən, benzin ehtiyatlarında 5,45 milyon, distillat ehtiyatlarında isə 2,89 milyon barel azalma müşahidə olunub.

Qeyd edək ki, Amerika Neft institutunun göstəriciləri ABŞ Enerji İnformasiya Adminstrasiyasının (EIA) proqnozlarından bir gün öncə verilir və onun ilkin proqnozu kimi çıxış edir.

Oilgas.az

239 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ