ABŞ-da aktiv neft quyularının sayı 11 ədəd artıb

ABŞ-da aktiv neft quyularının sayı 11 ədəd artıb

ABŞ-da neft-qaz quyularının ümumi sayı 8 ədəd artaraq 847-yə çatıb.
OilGas.az Baker Hughes şirkətinə istinadən xəbər verir ki, həftəlik hesabata əsasən, aktiv neft quyularının sayı 11 ədəd artaraq 683-ə çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 332 ədəd (94,59%) daha çoxdur.
Qaz quyularının sayı isə 3 ədəd azalaraq 162-yə bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73 ədəd (82,02%) artıqdır.

OilGas.az

417 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ