ABŞ-da aktiv neft-qaz quyularının sayı 7 ədəd artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı 7 ədəd artıb

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 933-ə çatıb.

OilGas.az Baker Hughes şirkətinə istinadən xəbər verir ki, iyunun 16-a olan həftəlik göstəricilərdə aktiv neft quyularının sayında artım müşahidə olunub. Son məlumatlara əsasən, neft quyularının sayı 6 ədəd artaraq 747-ə bərabər olub. Aktiv qaz quyularının sayı isə 1 ədəd artaraq 186-a bərabər olub.

Qeyd edək ki, ABŞ-da xam neft hasilatı yönümlü quyularının sayında ardıcıl 22-ci həftədir ki artım müşahidə olunur. Bu, son 30 ildə ən uzun müddətli artımdır.

OilGas.az

248 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ