ABŞ-da 3 həftəlik “tilsim” qırıldı

ABŞ-da 3 həftəlik “tilsim” qırıldı

ABŞ-da neft və bəzi neft məhsulları ehtiyatlarında üç həftəlik ardıcıl yüksəlmədən sonra azalma olub.

OilGas.az Amerika Neft İnstitutunun (API) yeni dərc edilən məlumatlarına istinadən xəbər verir ki, fevralın 16-a olan həftəlik göstəricilərə əsasən, ABŞ-da xam neft ehtiyatları 0,907 mln. barel azalıb.

Ölkədə distillat ehtiyatlarının həcmində də azalma müşahidə olunub. Həftə ərzində distillat ehtiyatlarındakı azalma 3,563 mln. barelə bərabər olub.

Benzin ehtiyatlarının həcmində isə artım var. Belə ki, sözügedən dövr ərzində ABŞ-da benzin ehtiyatları 1,644 mln. barel çoxalıb.

Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) məlumatları ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) açıqlayacağı rəsmi hesabatdan öncə yayımlanır və onun ilkin siqnalı kimi çıxış edir.

261 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ