Abonentlərə şad xəbər: Elektrik enerjisinə görə borcların ödənilməsində yenilik

Abonentlərə şad xəbər: Elektrik enerjisinə görə borcların ödənilməsində yenilik

Bölgələrdə poçtlar vasitəsilə ödənilən elektrik enerjisinə görə borclar bundan sonra terminallarda ödəniləcək.

OilGas.az APA-ya istinadən xəbər verir ki, respublikanın 11 şəhər və rayonunda mövcud elektron tipli sayğaclara elektrik enerjisinə görə ödəmələr yalnız poçt şöbələri vasitəsi ilə həyata keçirilirdi. Elektrik enerjisi istehlakçıları olan fiziki və fərdi abonentlər elektron sayğac kartlarını yalnız poçtlarda yükləməklə balanslarını artıra bilirdilər. Bu da soyuq havalarda və ya elektrik enerjisinə tələbat çoxaldıqda böyük növbələr yaradırdı. Eyni zamanda insanlar üçün vaxt itkilərinə səbəb olurdu. Həmçinin şənbə günü günortaya qədər, istirahət günü isə xidmət ümumiyyətlə işləmirdi. Əgər həmin günlər abonentin elektrik enerjisi kəsilirdisə, o, məcburiyyət qarşısında bazar ertəsi gününü gözləməli olurdu. Artıq yeni tətbiq olunan ödəmə vasitəsi bu problemi aradan qaldırıb. Adı çəkilən rayon və şəhərlərdə “MilliÖN” ödəniş sistemində yenilik tətbiq edilib. Mövcud terminallar yenisi ilə əvəzlənir. Terminallara quraşdırılan yeni qurğu vasitəsi ilə elektron sayğac kartlarının balansını artırmaq mümkündür. Bunun üçün həmin qurğuya sayğac kartını salmaqla kommunal xidmətlər bölümünə daxil olub pulu ödəməklə balansı artırmaq olur.

OilGas.az

294 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ