8 milyon dollarlıq yanacaq daşıyan tanker qaçırıldı – Bütün heyət girov götürülüb

8 milyon dollarlıq yanacaq daşıyan tanker qaçırıldı – Bütün heyət girov götürülüb

Qərbi Afrika sahillərində tanker yoxa çıxıb.

OilGas.az NDTV telekanalına istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi Beninin sahillərində itən “Marine Express” tankerində 22 nəfər dənizçi olub. Tankerin ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq daşıdığı qeyd olunur. Artıq 48 saatdır ki, gəmidən xəbər yoxdur.

Tankerin heyətilə birlikdə cinayətkarlar tərəfindən ələ keçirildiyi ehtimal edilir. Rəsmi şəxslərin fikrincə, gəmi, daşıdığı yükə görə və ya fidyə üçün piratlar tərəfindən qaçırılması təhlükəsi var.

Hindistanın Gəmiçilik Nazirliyi artıq Nigeriya və Benində rəsmi şəxslərə müraciət edərək itən gəminin və dənizçilərin tapılmasında kömək etməyi xahiş edib.

225 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ