“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib

“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “8 Mart” yatağındakı 566 saylı stasionar dəniz özülündə əsaslı təmir işləri həyata keçirib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, özülün modernizasiyası və daha keyfiyyətli istismarını təmin etmək məqsədi ilə aparılan işlər zamanı 1 minik və 2 yanalma meydançası, 2 metal lövhə, 24 ədəd elektrik dirəyi və lafet lüləsi üçün 1 ədəd dor quraşdırılıb. Eyni zamanda 28 svay vurulub, 41,6 tonluq metal döşəmə və məhəccər çəpəri, həmçinin 7,4 tonluq piyada körpüsünün dayaq və döşəməsi əsaslı təmir edilib, işıqlandırma işləri görülüb.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən özülün tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.

OilGas.az

873 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ