56 yaşayış məntəqəsinə qaz verilib

56 yaşayış məntəqəsinə qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən ötən il ərzində 1 886 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin edilməsi üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub.

İstehsalat Birliyindən OilGas.az-a verilən məlumata görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

OilGas.az

248 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ