“5 il ərzində “Azerilayt” Azərbaycana 1,8 mlrd. dollara qədər əlavə gəlir qazandırıb”

“5 il ərzində “Azerilayt” Azərbaycana 1,8 mlrd. dollara qədər əlavə gəlir qazandırıb”

“Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları satmağa müvəffəq olub”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. SOCAR prezidenti qeyd edib ki, Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir:

“Məhz bu səbəbdən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoymuşdu. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlətəmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədi ilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsi ilə yeni bazarlarda möhkəmlənmişdir. İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “Azerilayt” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıtmış, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 milyard dollara qədər əlavə gəlir qazandırmışdır. Bu gün “SOCAR Trading” şirkəti sadəcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir. Törəmə şirkətimiz son 3 il ərzində üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 4 dəfədən çox artıraraq 21 milyon tondan 86 milyon tona çatdırmışdır. Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları satmağa müvəffəq olmuşdur”.

112 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ