412 hündürmərtəbəli binaya təbii qaz verilib

412 hündürmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İstehsalat Birliyindən OilGas.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, 2017-cı ilin yanvar-noyabr ayları ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim edən 412 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 18477 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edən, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

OilGas.az

481 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ