307 hündürmərtəbəli binaya təbii qaz verilib

307 hündürmərtəbəli binaya təbii qaz verilib

2017-ci ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 307 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən OilGas.az-a verilən məlumata görə, bu isə ümumilikdə 13249 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

OilGas.az

251 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ