30 yanacaqdoldurma şirkəti cəzalandırıldı – 8 milyonluq cərimə

30 yanacaqdoldurma şirkəti cəzalandırıldı – 8 milyonluq cərimə

Türkiyədə 30 yanacaqdoldurma və maye qaz şirkəti toplam 7 milyon 915 min lirə həcmində cərimə olunub.

OilGas.az xəbər verir ki,  Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) sözügedən məsələ ilə bağlı elanı bu gün Rəsmi Qəzetdə dərc olunub.

EPDK LPG maye qaz doldurma məntəqələrində nizamnamədə qeyd olunmasına rəğmən mütəxəssislərin çalışdırılmaması, tərkibi bitki və mineral yağ qarışımından, eləcə də təbii həlledicidən ibarət standart yanacağa uyğun gəlməyən məhsulun satışı, saxta sənəd düzəldərək lisenziyanın verdiyi hüquqlar xaricində fəaliyyət göstərmək, yenidən satış həyata keçirmək, sistemdə nasazlıq olmasına baxmayaraq yanacaq doldurmağa davam etmək, elan lövhəsində maye qazın satış qiymətlərinin göstərilməməsi və s səbəblərlə şirkətlərə cəza tətbiq edib.

136 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ