266 binaya təbii qaz verilib

266 binaya təbii qaz verilib

Bu il 266 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) OilGas.az-a bildirilib ki, birliyk çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-avqust ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 266 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 12 min 323 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

OilGas.az

345 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ