240 min təhsil işçisinin maaşı artırıldı – RƏSMİ

240 min təhsil işçisinin maaşı artırıldı – RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyevin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” imzaladığı sərəncamla əmək haqları artırılan təhsil işçilərinin sayı açıqlanıb.

OilGas.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb.

107 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ